Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Helikopter qəzası ilə bağlı yalan məlumat yayanlar nəyə nail olmaq istəyir? - Hərbi ekspert danışdı

Helikopter qəzası ilə bağlı yalan məlumat yayanlar nəyə nail olmaq istəyir? - Hərbi ekspert danışdı

Helikopter qəzası ilə bağlı yalan məlumat yayanlar nəyə nail olmaq istəyir? - Hərbi ekspert danışdı
2021-12-01 , 13:59

Azərbaycanda dünən baş vermiş hərbi helikopter qəzasından sonra sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı bəzi dezinformasiyalar yayılaraq əhali arasında çaşqınlıq yaradılıb. 


Ancaq hər kəsə bəllidir ki, bu cür dezinformasiyaları yayılması ən müasir silah arsenalına malik ordumuzun imicinə zərbədir və müəyyən bir mərkəzdən idarə olunur. 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü və müasir silahları bütün dünyaya nümayiş olundu.

Hərbi-siyasi ekspert Ramil Məmmədli AZXEBER.COM-a açıqlamasında qəza ilə bağlı bəzi suallara aydınlıq gətirib. 

Ekspert qeyd edib ki, helikopterdə yüklənmədən, hərbçi sayının normativ əsaslardan çox olmasından söhbət gedə bilməz:
"Ötən gün baş verən qəzada istifadə olunan helikopter hərbi təyinatlı aviasiya vasitəsidir. Bu helikopter şəxsi heyətin daşınması və lazım gəldikdə döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. 

Helikopterdə şəxsi heyətin daşınması üçün tutum sayı 25 nəfərə qədərdir. Əlavə olaraq xərəc, yəni yaralıların daşınması üçün say tutumu isə 12-dir. Həmçinin həmin helikopterin yükdaşıma imkanları da var. Helikopterin artıq yüklənməsi ilə bağlı səsləndirilən fikirlər doğru deyil. Burada qətiyyən yüklənmə yoxdur. 1 pilot, 3 pilot köməkçisi, 3 ekipaj üzvü olmaqla cəmi 16 nəfər olub. Bu səbəbdən yüklənmədən, hərbçi sayının normativ əsaslardan çox olmasından söhbət gedə bilməz. Ona görə də, bu, müzakirə mövzusu ola bilməz. Qəzanın baş verməsinin səbəbləri də araşdırılır. 

Həm şahidlərin ifadələri ilə, həm də "Qara qutu” vasitəsilə qəzanın baş vermə səbəbinin ilkin ehtimalları müəyyənləşdirilə bilər. Araşdırmaların nəticələrini gözləməyib hər hansı absurd fikirlər səsləndirmək düzgün deyil. Ən yaxşı halda biz istintaq materiallarının yekun nəticələrini gözləməliyik. Bundan sonra isə lazımi qərarlar da veriləcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.