Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "O, bayrağı öpə-öpə getdi" - Şəhid Ceyhunun anası

"O, bayrağı öpə-öpə getdi" - Şəhid Ceyhunun anası

"O, bayrağı öpə-öpə getdi" - Şəhid Ceyhunun anası
2021-12-01 , 20:21

“Sözün bitdiyi yerdir. Balam həkim idi. Universitet bitirdi, arzuları gözündə qaldı”.

Axşam.az xəbər verir ki, bu sözləri ötən gün Xızıda helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun anası Rəqibə Seyidova ATV-yə müsahibəsində deyib.
“O, əvvəllər də məni tox tutmağa çalışırdı. Müharibədə olanda deyirdim ki, şəhid gəldi, özün necəsən? Deyirdi, ana, deyərsən ki, Vətən sağ olsun. O, məni hər şeyə hazırlayırdı. Mən yenə deyirəm, Vətən sağ olsun. O, bayrağı öpə-öpə getdi”, - şəhid anası bildirib.
Qeyd edək ki, Ceyhun Əhmədxanovun dekabrın 2-də nişan mərasimi keçirilməli imiş. Şəhidimiz ötən gün məlum qəzadan 13 dəqiqə əvvəl paylaşdığı foto ilə yadda qalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.