Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tofiq Yaqublu: "Baş Prokrorluğa müraciət edəcəm"

Tofiq Yaqublu: "Baş Prokrorluğa müraciət edəcəm"

Tofiq Yaqublu: "Baş Prokrorluğa müraciət edəcəm"
2021-12-02 , 15:55

Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu bu gün Baş Prokrorluğa müraciət edəcək, bu barədə anews.az-a Tofiq Yaqublu məlumat verib.

 
"1dekabr Saleh Rüstəmova azadlıq aksiyasına getmişdim. Aksiya zamanı polislər tərəfindən tutularaq Səbail rayon 39-cu polis şöbəsinə aparıldım. Bölmədə başıma torba keçirilərək döyülmüşəm. Bədənimin müxtəlif nahiyyələrində və üzümdə zorakılıq sübutları var. Məni döyən şəxsləritanımıram. Mülki geyimdə olan polislər idi. Niyə Tofiq Yaqubluya ancaq gözündə zərbə vurulub deyənlərə isə demək istəyirəm ki, onlar mənim bədənimin zərbə aldığı başqa nahiyyələri görməyib,artıq ekspertiziya rəyi də var", - deyə Tofiq Yaqublu bildirib. 
 
Ekpertiziya rəyi Tofiq Yaqublunun səhhəti ilə bağlı iki tərəfli paraoksebral və yumşaq toxumaların əziyi və dəri altı gematoma. xəstənin və yaxınlarının deməsinə görə zədə 6 saat əvvəl alınıb. Xəstəyə baş beyin İLT müayinə düşür. Kəllə simmetriya və beyin daxili travmatik dəyişiklik aşkarlanmadı. Huşu aydındır. Ətraflarında hərəkət saxlanılır kimi rəy verib. 
 
Dekabrın 1-i Fəvvarələr Meydanında bir qrup şəxslər Saleh Rüstəmovun azad olunmasına görə aksiya keçirilib. Aksiyanın qarşısı polis tərəfindən alınıb.

Saxlanılanlar barəsində hələki məlumat verilməyib. Saxlanılanlar içərisində Tofiq Yaqublu da olub. O polis tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Daxili işlər Nazirliyi isə Tofiq Yaqubluya heç bir şiddətin göstərilmədiyini və istənilən halda bu məsələnin araşdırılacağını qeyd edib.  
 
Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində yol nəqliyyat hərəkətini pozmaqda və ər-arvada hücumda günahlandırılmaqla ötən ilin sentyabrın 3-də dörd il üç ay müddətinə həbs qəti imkanı seçilib.  Müxalifətçi ona qarşı təxribat törədildiyini bildirib. Bununla belə, ötən il sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. İyulun 15-də Bakı Apellyasiya Məhkəməsi isə qərarı dəyişərək Tofiq Yaqublunun cəzasının çəkilməmiş hissəsini 2 il 6 ay şərti cəza ilə əvəz edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.