Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırıb təlim keçdi - VİDEO

Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırıb təlim keçdi - VİDEO

Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırıb təlim keçdi - VİDEO
2021-12-02 , 16:14

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq "Bayraktar” pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.


Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.