Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda məktəb direktoru karantinə alındı

Bakıda məktəb direktoru karantinə alındı

Bakıda məktəb direktoru karantinə alındı
2021-12-03 , 15:12

Bakı şəhəri 224 nömrəli tam orta məktəbin direktoru COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük karantinə cəlb edilib.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəb hazırda fəaliyyətini əyani formada davam etdirir.
"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur" - deyə məlumatda qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.