Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sərdar Cəlaloğlu Paşinyanın müdafiəsinə qalxdı: “Onu günahkar saymaq siyasi cəhətdən yanlışdır”

Sərdar Cəlaloğlu Paşinyanın müdafiəsinə qalxdı: “Onu günahkar saymaq siyasi cəhətdən yanlışdır”

Sərdar Cəlaloğlu Paşinyanın müdafiəsinə qalxdı: “Onu günahkar saymaq siyasi cəhətdən yanlışdır”
2021-12-03 , 15:40

Azərbaycan və Ermənistan arasında bu günə kimi sülh sazişinin imzalanmaması çoxsaylı ehtimalların ortaya çıxarıb. Analitiklər hesab edirlər ki, Ermənistan vaxt qazanmaq üçün Zəngəzur dəhlizindən bəhanə kimi istifadə edir. Bununla da ordusunu yenidən formalaşdırmaq, əlavə dəstək qazanmaq və Rusiyaya arxalanaraq Azərbaycana hücum etməyi palnlaşdırır.

Bu ehtimallar nə dərəcədə doğrudur? Ermənistan Zəngəzur dəhlizini bəhanə edərək əlavə vaxt qazanmaqla nəyə nail olmaq istəyir? Ümumiyyətlə, bu məsələdə zaman kimin xeyrinə işləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında müstəqil iradəyə malik deyil.
“Müqavilənin imzalanmasına mane olan Rusiyadır. Təsadüfi deyil ki, tələm-tələsik Soçi görüşü keçirildi. Bu görüşdə sülh müqaviləsi imzalamaq əvəzinə, tərəflərin demokratiyası ön plana çəkildi. Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə keçiriləcək görüşdə isə əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. 
Bu onu göstərir ki, Ermənistan Rusiyanın tam nəzarəti altında olduğuna görə sülh sazişi imzalamağa tələsmir. Hər şeydə Ermənistanı ittiham etmək, Ermənistan liderlərini günahkar hesab etmək siyasi cəhətdən yanlışdır. Ermənistan rəhbərlərinin bu məsələdə azad iradə ifadə etmə imkanları yoxdur”, - deyə Sərdar Cəlaloğlu qeyd edib.
“Ermənistan müharibə etmək istəmir. Ermənistan mətbuatı müharibə istədiklərindən yazmır. Dünən verdikləri bəyanata əsaslanaraq deyə bilərik ki, artıq Qarabağı unutmalıyıq, əgər yenidən müharibə həvəsinə düşsək, bu səfər bütün Ermənistanı itirəcəyik. Ona görə də, erməni xalqı bu müharibədə maraqlı deyil. Azərbaycanla Ermənistan arasında yenidən münaqişənin alovlanmasına yeganə maraqlı tərəf Rusiyadır. 
Təəssüf ki, Ermənistana çox ciddi təsir imkanları var. Bu həqiqət ola bilər ki, Rusiya bölgədə Ermənistanla Azərbaycanı yenidən toqquşdura, münaqişənin ömrünü uzatmaq üçün istifadə edə bilər. Bu gedişatın necə olacağı, zamanın kimin xeyrinə işləycəyi isə düzgün siyasət və adekvat cavablar göstərəcək”.
​https://yenisabah.az/ermenistan-liderlerini-gunahkar-saymaq-siyasi-cehetden-yanlisdir-serdar-celaloglu​​​

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.