Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Erməni kilsəsinin nümayəndəsinə dedim ki, özünü çox ağıllı apardın, əgər nəsə desəydin…”

"Erməni kilsəsinin nümayəndəsinə dedim ki, özünü çox ağıllı apardın, əgər nəsə desəydin…”

"Erməni kilsəsinin nümayəndəsinə dedim ki, özünü çox ağıllı apardın, əgər nəsə desəydin…”
2021-12-06 , 13:09

“Bu 3 ay ərzində dünya çərçivəsində, məsələn sentyabr ayında, dinlər arası dialoq platformasında mənim çıxışım vardı. Və orada erməni kilsəsinin nümayəndəsi də vardı. Mən çıxış elədim və o mənə yaxınlaşdı. Dedim ki, “bax, çox ağıllı apardın özünü, əgər nəsə desəydin mən daha çox öz sözümü deyəcəkdim. Çünki siz haqsızsınız. Siz bizim torpaqlarımızı zəbt eləmisiniz””.

Yeniavaz.com xəbər verir ki, bu sözləri  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Mir Şahinin vaxtı” verilişinə müsahibəsi zamanı deyib. O həmçinin bildirib ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü zamanı Azərbaycana qarşı iftiraların səsləndiyinə şahid olub:
“Hiss elədim ki, çoxlu yalanlar var. Guya azərbaycanlılar azad olunmuş torpaqlarda erməni kilsələrini dağıdıb əvəzinə məscid tikir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.