Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum oldu

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum oldu

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum oldu
2021-12-06 , 13:11

"Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq".


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.