Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əhməd Əhmədzadənin oğlu Çexiyada yeni şirkət açdı - FOTO

Əhməd Əhmədzadənin oğlu Çexiyada yeni şirkət açdı - FOTO

Əhməd Əhmədzadənin oğlu Çexiyada yeni şirkət açdı - FOTO
2021-12-06 , 13:15

Azərbaycanda, Türkiyədə, İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri Əhməd Əhmədzadənin yaxınlarına azlıq edib, Çexiyada 3-cü şirkəti açıblar.

 
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
 
Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadə bir neçə gün əvvəl, daha dəqiqi dekabrın 1-də Çexiyanın Budyonovsk Regional Məhkəməsində RESORT HURKA S.R.O şirkətini qeydiyyatdan keçirib. Şirkətin sənədlərində qeyd olunur ki,  ALPS S.R.O. şirkətinin aktivlərinin bir qismi də Resort Hůrka s.r.o.-ya yönəldilir. Bura Cümə Əhmədzadənin Lipno gölü sahilində aldığı 1 hektara yaxın ərazi də daxildir.
 
Qeyd: Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədridir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.