Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yeni təyin olunan nazir müavini danışdı: “Bacarığımı var-gücümlə...”

Yeni təyin olunan nazir müavini danışdı: “Bacarığımı var-gücümlə...”

Yeni təyin olunan nazir müavini danışdı: “Bacarığımı var-gücümlə...”
2021-12-06 , 13:39

Gənclər və İdman nazirliyinin nazir müavini postuna təyin olunan Mariana Vasileva təyinatı haqqında danışıb.

AZXEBER.COM xəbər verir ki, nazir müavini bu təyinata görə ölkə başçısına təşəkkür edib:
"Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir.Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.
Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram.
Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam!!!”.
Qeyd edək ki, bolqar əsilli Mariana Vasileva bu təyinatdan öncə beynəlxalq dərəcəli gimnast olub və bu sahədə uzun illər peşəkar idmançı olaraq çalışıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.