Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Ailədə mübahisələr 3 ildən artıq davam edirsə, həmin insanlar boşanmalıdırlar" - Psixoloq

"Ailədə mübahisələr 3 ildən artıq davam edirsə, həmin insanlar boşanmalıdırlar" - Psixoloq

"Ailədə mübahisələr 3 ildən artıq davam edirsə, həmin insanlar boşanmalıdırlar" - Psixoloq
2022-01-12 , 16:12

"Boşanmaq mədəniyyətdir. Ən azından övladın şiddətə məruz qalmır, mübahisələrin şahidi olmur, uşaq ikən travma yaşamır və s. Lakin cəmiyyətin boşanan insanları müxtəlif cür qarşıladığını, keçmişlə müqayisə edildiyini görürük”. 

Bunu Sfera.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. O bildirib ki,  hazırda qadınlara edilən şiddət əvvəlki illərlə müqayisədə daha vəhşi xarakter alıb:

"Qadına edilən şiddət ağır formalarda özünü göstərir. Əvvəl məsələn, qadına yüksək səs tonu, bir baxış yetərli idi və ya kişi bir baxışı, acı sözü ilə incidiyini, qəzəbləndiyini, aqressiyasını çatdırırdı. Amma indi kişi öz qəzəbini öldürmək, qanına qəltan etməklə tətbiq edir. Əslində xanımlar erkən ailə qurmamalıdırlar. Çünki tez evlənəndə düzgün qərarlar verə bilmirlər. Eyni zamanda heç vaxt sevmədikləri insanlarla ailə həyatı qurmamalıdırlar. Bir ailədə sevgi yoxdursa, nə qarşımızda hörmət olacaq, nə anlayışlı davranışlar, sakit, hüzurlu yaşam olacaq. İnsan sevdiyi ilə evlənməlidir ki, nələrəsə dözə bilsin. Əksi olan halda, dözmək əvəzinə, şiddətə əl atılır”.

Müsahibimiz qeyd edib ki, hər bir ailədə 3 il müddətinə söz-söhbətin olması mümkündür:

"Amma bu, 3 ildən artıq davam edirsə və ailə-məişət zəminində mübahisələrə keçirsə, boşanmaq şərt olur. Burada xarakter uyuşmazlığı, mühitin təsirindən söhbət gedə bilər. Bəzən görürük ki, qaynanalar, qohumlar işə çox müdaxilə edir. Bu qəbulolunmazdır. Digər dövlətlərdə hər bir ailənin öz psixoloqu olsa da, Azərbaycanda belə qayda yoxdur. Həmçinin bu gün psixoloqa gedib problemlərini bölüşənlərlə bağlı "iradəsi zəif”, "xəstə”, "anormal” kimi müxtəlif ifadələr işlədirlər. Artıq həmin insanlar psixoloqdan dəstək almırlar, öz problemlərini özləri həll etməyə çalışırlar. Lakin bunu bacarmadıqları üçün bu cür fəsadlara yol açılır. 3 ildir birlikdə olan, amma problemlərinin öhdəsindən gəlməyən cütlüklər psixoloqa müraciət etməli, dəstək almalıdırlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.