Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış həkimdən Omikron məsləhəti: “Evdə bir-birinizlə öpüşməyin“

Tanınmış həkimdən Omikron məsləhəti: “Evdə bir-birinizlə öpüşməyin“

Tanınmış həkimdən Omikron məsləhəti: “Evdə bir-birinizlə öpüşməyin“
2022-01-12 , 18:57

Artıq demək olar ki, bütün dünyada yayılan və ölkəmizdə də qeydə alınan koronavirusun Omikron ştamı bəzi insanlarda qorxu yaratmaqdadır. 

Yenisabah.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Qaynar TV-yə məsələ ilə bağlı fikirlərini bildirib.
Müsahib omikron ştamından qorunma yolları ilə bağlı da məsləhətlərini verib.
"Omikronla bağlı qorxumuz onun daha yoluxdurucu olması ilə bağlıdır. Əvvəl bir xəstə 10 nəfərin içində birini yoluxdururdusa, indi bu say olacaq 3-4. Omikron 5-ci dalğanı başladacaq. Artıq Azərbaycanda buna hazırlaşmalıyıq. Hətta ev daxilində belə bir-birinizlə öpüşməyin. Bu məsələlərə 2-3 ay fasilə verin".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.