Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "MAXE"ləri dövlətin "kəbinli arvadı" adlandıran Tolikə keçmiş hərbçidən SƏRT CAVAB

"MAXE"ləri dövlətin "kəbinli arvadı" adlandıran Tolikə keçmiş hərbçidən SƏRT CAVAB

"MAXE"ləri dövlətin "kəbinli arvadı" adlandıran Tolikə keçmiş hərbçidən SƏRT CAVAB
2022-01-13 , 20:51

Tolik kimi tanınan prodüser Tarix Əliyevin “MAXE dövlətin kəbinli arvadıdır” deməsi və Azərbaycan hərbçisinə həqarət etməsi insanları hiddətləndirib. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar prodüserin bu fikirlərini etirazla qarşılayıblar.

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, Tarix Əliyev şoumendir, qoy öz işi ilə məşğul olsun: “Hərbçi şoumenin işinə qarışmır, o niyə bu cür sözlər deyir, anlamıram. Təəssüflər olsun ki, tanınmış simaların ağzından bir söz çıxan zaman ictimaiyyətin bir qismi bunu kimin deməyinin fərqinə varmadan, eyni ifadəni təkrar edirlər. Bu cür halların yolverilməz olduğunu qəti şəkildə bildirirəm. MAXE – müddətdən artıq xidmət etmiş hərbçidir.  Onların hamısı vaxtilə 1 il, yaxud 1 il yarım hərbi xidmət keçiblər. İndi də Müdafiə Nazirliyinin aidiyyatı qurumları ilə müqavilə bağlayıblar və müvafiq ştatlara təyin olunublar. Bu ştatlar tank sürücüsü, tank komandiri, zirehli maşınların heyəti və kiçik komandirlərdir. Bu şəxslərə bizim çox böyük ehtiyacımız var. Bütün təlimlərdə, o cümlədən MAXE-lərin də iştirakı ilə 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması aparılan siyasətin doğruluğunu bir daha sübuta yetirdi. 18 yaşında həyata yenicə atılan gənc əsgərlə müqayisədə, çətinliyə düşmüş, hərbini görmüş, silahdan anlayan bu cür şəxslərin olması və lider kimi digərlərini arxasınca aparması çox vacibdir. Düşünürəm ki, bu kimi söhbətləri ümumiyyətlə yığışdırmaq lazımdır. Çünki bunun bizə heç bir xeyiri olmayacaq”.

Ekspert əlavə edib ki, qabaqcıl hərbi hissələrin və ya bu günlərdə Prezidentin açılışını etdiyi “Komandos” hərbi hissəsinin əsasını elə həmin MAXE-lər təşkil edir. Bütün bunlar hələ MAXE-lərin ordudakı xidmətinin bir hissəsidir. Ona görə də, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. İctimaiyyət olaraq biz bu cür sözlər səsləndirən insanlara öz yerini göstərməliyik. Bu gün əksər dövlət və özəl müəssisələrdə insanlar müqavilə ilə işləyirlər. Onların hamısını “kəbinli arvad” adlandırmaq heç bir məntiqə sığmır. Ayrı-seçkiliyə yol vermək qətiyyən olmaz. Bizim MAXE-lər arasında şəhidlər, qazilər qəhrəmanlıq göstərib təltif edilənlər kifayət qədərdir. Bu sözləri demək lazımsız və gərəksizdir, sadəcə ürək bulandırır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.