Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Uşağı döyən tərbiyəçinin kimliyi bəlli oldu - Təhqiqata cəlb edildi

Uşağı döyən tərbiyəçinin kimliyi bəlli oldu - Təhqiqata cəlb edildi

Uşağı döyən tərbiyəçinin kimliyi bəlli oldu - Təhqiqata cəlb edildi
2022-01-14 , 15:05

"İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi – müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib:
"Həmin şəxs ailəlidir, 2 övladı var.
Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.