Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTOLAR

22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTOLAR

22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTOLAR
2022-01-16 , 13:12

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.


Hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, "VAZ-21015” markalı avtomobillə "Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində "Vaz-21015”in sürücüsü, 2000-ci il təvəllüdlü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.
 
(qafqazinfo.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.