Şiddət göstərilən uşağın atası danışdı: “Ərkyana vurmaq istəyib...” - VİDEO

İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçinin şiddət göstərdiyi uşağın atası Rəşid Baxşəliyev danışıb.
“Ola bilsin ki, o, ərkyana vurmaq istəyib, amma bərk alınıb. Amma nəticədə övladıma şiddət göstərib. Şikayətim yoxdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Təhsil Nazirliyi İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağın başına vuran Zülfiyyə Baxışovanı işdən çıxarıb.