Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cavid Osmanov: "Tofiq Yaqublu özünə xəsarət yetirərək bunu Azərbaycan dövlətinin üzərinə atmaq istəyib"

Cavid Osmanov: "Tofiq Yaqublu özünə xəsarət yetirərək bunu Azərbaycan dövlətinin üzərinə atmaq istəyib"

Cavid Osmanov: "Tofiq Yaqublu özünə xəsarət yetirərək bunu Azərbaycan dövlətinin üzərinə atmaq istəyib"
2022-01-18 , 18:10

“2021-ci ilin dekabrın 1-də ölkədə bir qrup radikal tərəfindən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərilib və karantin qaydaları kobud şəkildə pozulub. Mitinq noyabrın 30-da baş verən hərbi helikopter qəzasında şəhid olmuş 14 hərbçinin dəfn günündə keçirilib. Bu, birmənalı olaraq ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhddir. Görünür, Tofiq Yaqublu aksiyada özünə xəsarət yetirərək bunu Azərbaycan dövlətinin üzərinə atmaq istəyib. Bununla da Əli Kərimlilərə və digərlərinə yeni qrantların nəsib olacağını planlayıblar. Eyni zamanda, guya bunlar belə bir addım atmaqla hansısa ictimai dəstək qazanacaqdılar”.

 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
 
Deputat qeyd edib ki, araşdırmaların nəticəsinə əsasən, özlərinə Paşinyanı “lider seçənlər” ən iyrənc yollara getməkdən belə çəkinmirlər: “Rəsmi dövlət qurumu olaraq belə hadisələrin araşdırılmasını birbaşa olaraq həyata keçirən Baş Prokurorluq açıqlama verib və qeyd edib ki, Tofiq Yaqublu həmin aksiyada özü özünə xəsarət yetirib. Eyni zamanda, həmin dövlət qurumu qeyd edir ki, bundan narazılığı olarsa, Tofiq Yaqublunun daha yuxarı instansiyalara müraciət etmək hüququ var. Əlbəttə ki, kimsə cinayət hadisəsi törədəndə əvvəlcə bunu etiraf etmir... Təəssüf ki, belə adamlar bu cür iyrəncliklərlə məşğul olaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Hesab edirəm ki, belə addım atanların cəmiyyət içinə çıxmağa üzü olmayacaq”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.