Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Haradadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki...”— AÇIQLAMA

“Haradadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki...”— AÇIQLAMA

“Haradadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki...”— AÇIQLAMA
2022-01-19 , 15:10

“Biz səkkiz bacı-qardaşıq, içərisində ən varlısı da, vəzifəlisi də mənəm”.

Bunu deputat Tahir Kərimli haqqında səsləndirilən iddialarla bağlı danışarkən deyib.
O qardaşları və bacısı oğlu ilə bağlı səsləndirilən iddialar barədə danışıb:
“Yazırlar ki, Tahir Kərimlinin qardaşlarının tikinti təşkilatları var, bacısı oğlu polis rəisi işləyir, biznesi var, villaları var. Mənim də bacım oğlu hüquq fakültəsini bitirib, amma köhnə maşınla taksi sürücülüyü edir. Biz səkkiz bacı-qardaşıq. Hər birimizin uşaqlarımızla birlikdə iş qabiliyyəti olan əlliyə yaxın insanıq.
Bacı-qardaşın içərisində işləyən tək mənəm, övladlarımızdan da bir-iki nəfər işləyir. Yəni, on faizimiz işləyir və yerdə qalan doxsan faizini dolandırmalıdır. Heç biri də rəhbər işdə işləmir. İçərisində ən varlısı da, vəzifəlisi də mənəm.
Bu böhtanlar nəyə lazımdır? Hardadır bizim biznesimiz? Mənim hər hansı bir sahədə biznesim yoxdur. Nə də övladlarımın, qardaşlarımın. Qardaşlarım da o vaxtdan indiyə kimi işsizdir. Hardadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki, öz rayonumda balaca bir evim olsun, gedim-gəlim. Çünki mənim dəfn olunası yerim oradır.”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.