Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda son sutkada koronavirusadan ölənlərin sayı artıb - FOTO

Azərbaycanda son sutkada koronavirusadan ölənlərin sayı artıb - FOTO

Azərbaycanda son sutkada koronavirusadan ölənlərin sayı artıb - FOTO
2022-01-20 , 19:19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 183 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116, ötən müddət ərzində isə ümumilikdə 6 037 787 test aparılıb.
Qeyd edək ki, dünən ölkədə koronavirusa yoluxanların sayı 1151 nəfər olmuşdu, 9 nəfər də ölmüşdü. 


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.