Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rusiyanın nə qədər nüvə silahı var? – Ölkələrin siyahısı

Rusiyanın nə qədər nüvə silahı var? – Ölkələrin siyahısı

Rusiyanın nə qədər nüvə silahı var? – Ölkələrin siyahısı
2022-03-01 , 13:57

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova strateji çəkindirmə qüvvələrininin, o cümlədən nüvə potensialına cavabdeh olan bölmələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə tapşırıq verib. Ötən gün isə  S. Şoyqu tapşırıqların yerinə yetirildiyini deyib və bildirib ki, Rusiyanın “nüvə bölmələri” döyüş növbəsinə başlayıb.

Hazırda dünyadakı nüvə silahlarının sayı dəqiq bilinmir. Bu sahədə tədqiqat aparan müxtəlif qurumlar, fərqli saylar ortaya çıxarırlar. Bu saylar ortaq məxrəcə gətirilən zaman dünyadakı nüvə silahlarının sayının 14 min 995 ədəd olduğu təxmin edilir.
Yeniavaz.com
“euronews”a istinadən xəbər verir ki, Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var.
Həmin ölkələri təqdim edirik:
Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var.
İkinci yerdə ABŞ dayanır ki, onun da 6 min 450 nüvə silahı mövcuddur. Prezident Co Baydenin də ABŞ Konqresi ilə məsləhətləşmədən nüvə silahlarından istifadə hüququ var.
Üçüncü yerdəki Fransanın isə sadəcə 300 ədəd nüvə silahı var ki, bu da prezidentin səlahiyyətindədir.
İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkədə nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur.
Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. 1964-1996-cı illər aralığında ölkədə 45 nüvə silahı sınaqdan çıxarılıb və hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu say Çini siyahıda 5-ci yerə qoymağa icazə verir.
İlk nüvə silahını cəmi 23 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 6-cı yeri tutur. Pakistanda baş nazir Nüvə Qərargahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyində sayılır.
7-ci yerdəki Hindistanın isə 130 və ya 140 nüvə silahı olduğu ehtimal edilir. Burada da nüvə silahlarına baş nazir nəzarət edir.
Nüvə silahı olan digər bütün ölkələrdən fərqli olaraq 8-ci yerdəki İsraildə bu silahların istifadə hüququ bir nəfərdə deyil. Beynəlxalq ictimaiyyət İsrailin nüvə silahı olduğundan şübhə etmir, ancaq İsrail hökuməti indiyə kimi heç vaxt bu barədə rəsmi açıqlama verməyib.
Sonuncu yerdəki Şimali Koreyanın isə 10 və ya 20 nüvə başlığı olduğu ehtimal edilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.