Ramiz Mehdiyev istefadan sonra ilk dəfə danışdı: “Rusiyadan gələn vardı, AMEA-da onunla görüşdüm“ -+ Video

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Musavat"ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.
Ramiz Mehdiyev "TV Musavat"a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib.
Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib:
"Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm".
OXŞAR XƏBƏRLƏR