Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Ermənilər başlarının üstündən bayrağımızı assınlar, qaz da verək, su da..."

"Ermənilər başlarının üstündən bayrağımızı assınlar, qaz da verək, su da..."

"Ermənilər başlarının üstündən bayrağımızı assınlar, qaz da verək, su da..."
2022-03-31 , 17:42

“Xankəndi bizim ərazidir. İstəsək də, istəməsək də ermənilər orada yaşayır. Öz ərazilərimizə qaz verməyə hazırıq".

Bunu Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, martın 30-dan etibarən Rusiya sülhməramlıların nəzarətində olan “Azəriqaz”ın Xankəndiyə qaz verilməsi mövzusunu şərh edib:  
“Xankəndi bizim ərazidir. İstəsək də, istəməsək də, ermənilər orada yaşayırlar. Öz ərazilərimizə qaz verməyə hazırıq. Sadəcə, bu insanlar separatçı əməlləri ilə özlərinə "Dağlıq Qarabağ Respublikası" düzəldib, ordu yaradıblar. Bu əməllərinə son qoymalıdırlar”.
Novella Cəfəroğlunun sözlərinə görə, Qarabağ erməniləri Azərbaycan qanunlarına tabeçilik halında, hər şeylə təmin olunacaqlar:
“Bizim bayrağı başlarının üstündən assınlar, danışıqlara otursunlar. Onlara o zaman qaz da, iş də verəcəyik. Demirik ki, Xankəndindən çıxıb gedin. Deyirik ki, vətəndaşımızsız, orada qalın. Sadəcə silahları atsınlar. O zaman qazlarını, sularını, hamısın verərik”.
Hüquq müdafiəçisi Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışıb:
“Bir qrup erməni deyir ki, Azərbaycanla münasibətləri yaxşılaşdırıb, sənədlərə imza atmalıyıq. Lakin bəziləri Zəngəzur dəhlizinin açılmasından ehtiyat edirlər. Düşünürlər ki, Zəngəzuru açsaq, azərbaycanlıların əlində qalacayıq.
Zəngəzur hamımıza vacibdir. Siyasi, iqtisadi, sülh tərəfdən qoruyucu bir yoldur. O yolu açsalar, Avropaya, Türkiyəyə yol açılacaq. Hələ ki, bizi başa düşənlərlə danışıqlar aparırıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.