Ata Abdullayevdən xəbər var

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev etab edilib.
Vəkilin sözlərinə görə, müvəkkili Bakı İstintaq Təcridxanasından 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
A.Abdullayev cəzasını orada çəkəcək.
Qeyd edək ki, A.Abdullayev 2021-ci ilin martında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.