Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Neftçalaya yeni təyin olunan 30 yaşlı icra başçısı kimdir? - DOSYE

Neftçalaya yeni təyin olunan 30 yaşlı icra başçısı kimdir? - DOSYE

Neftçalaya yeni təyin olunan 30 yaşlı icra başçısı kimdir? - DOSYE
2020-03-05 , 15:17

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.


Qaynarinfo xəbər verir ki, Mirhəsən Seyidov buna qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İctimai Şura üzvü olub.

O, 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən 287 saylı "Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub.

2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010-2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur.

İctimai fəaliyyəti

İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımışdır və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri - universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatlarının hazırlanması kimi işləri həyata keçirmişdir. 2007-ci il iyul ayından eyni təşkilatda Layihələrlə iş üzrə departament sədri kimi fəaliyyət göstərmişdir.

2009-cu il may ayından Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir. Dekabr ayından etibarən isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) baş katib müavini olaraq ictimai fəaliyyətinə davam etmişdir. 2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. 2012-ci il may ayında Azərbaycanda Avropa Hərəkatında İdarə Heyətinin üzvü olmuş, 2012-ci il iyul ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında sədr müavini vəzifəsində çalışıb.

2014-cü il 27 iyun tarixindən etibarən isə "İRƏLİ” İctimai Birliyinin sədri seçilib. 2015-ci il 29 may tarixində Azərbaycan Respublikasının Milli Məclisinin "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən, 6 il müddətinə İctimai TV (Azərbaycan) Yayım Şurasının üzvü seçilmişdir.

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatlarının Uşaq Fondu (UNICEF), Avropa İttifaqının, Avropa Gənclər Forumu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir çox tədbirlərində Azərbaycanı təmsil edib. Yodlaşdırılmış duz, Sağlam həyat tərzi, Ekoloji maarifləndirmə, Azərbaycan Gənclər Siyasəti üzrə həmyaşıd təlimçi kimi fəaliyyət göstərib.

Mirhəsən Seyidov 2 fevral 2017-ci il Gənclər günü münasibətilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, ictimai fəaliyyət sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmışdır. 2017-ci il 4 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.