Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı

Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı

Azərbaycanlı məmur rüşvətə görə saxlanıldı
2020-03-05 , 15:31

Gürcüstanın Qardabani rayonunun Candar kənd ərazi vahidliyi üzrə bələdiyyə nümayəndəsi saxlanılıb.


"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan Ə.M. adlı azərbaycanlı məmur dövlətin balansında olan torpaq sahəsinin bir il müddətinə istifadəsi üçün Türkiyə vətəndaşından 30 min lari rüşvət alıb.

Məmur rüşvət alan zamanı saxlanılıb.

Faktla bağlı böyük məbləğdə rüşvət alma maddəsi üzrə istinaq aparılır. Məmuru 7 ildən 11 ilədək həbs cəzası gözləyir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.