Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Murad Dadaşov "Xəzər TV"də ilk iclasını keçirdi — FOTO

Murad Dadaşov "Xəzər TV"də ilk iclasını keçirdi — FOTO

Murad Dadaşov "Xəzər TV"də ilk iclasını keçirdi — FOTO
2020-03-09 , 18:57

Xəzər Media Mərkəzinə təyinatı təsdiqlənən Xalq artisti Murad Dadaşov Xəzər komandası ilə iclas keçirib.

Murad Dadaşov şəxsi instaqram hesabında Xəzər ailəsindən olan işçilərlə görüş keçirməyini əks etdirən foto paylaşıb. Görüşdə "Hər şey daxil" verilişinin müəllif və aparıcısı, prodüser Tarix Əliyev də olub.

Şərh bölməsinə çoxsaylı təbriklər gəlib. İzləyicilər şərh bölümünə "Üzdəniraq müğənnilərə qadağa qoyun", "Tolikin verilişini bağlamaqda çox düzgün qərar verdiiniz" kimi şərhlər yazıblar. Şərhlərin içərisində ən maraqlısı isə bir izləyici tərəfindən Murad müəllimə "Maşın Şou" ilə bağlı ünvanlanın sual olub:
"Maşın şounun aqibəti necə olacaq?"
Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub. (sonxeber.com)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.