Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Milli Məclisin ilk iclasına kim sədrlik edəcək?

Milli Məclisin ilk iclasına kim sədrlik edəcək?

Milli Məclisin ilk iclasına kim sədrlik edəcək?
2020-03-09 , 19:00

Bir neçə gündən sonra altıncı çağırış Milli Məclis öz işinə başlayacaq. İclasda parlamentin yeni sədri və onun müavinləri, həmçinin komitə sədrləri, müavinləri və üzvləri seçiləcək.


Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən yeni tərkibin ilk iclasını adətən ən yaşlı deputat aparır. Parlamentin yeni sədri seçilənədək birinci iclasın aparılması ona həvalə olunur.

Altıncı çağırış Milli Məclisin deputatları arasında ən yaşlısı Fəttah Heydərovdur. Deputatımızın 81 yaşı var. O yenidən 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilib.
Bəs hazırkı yaşlı deputat Fəttah Heydərov müəyyən səbəblərdən iclası apara bilməsə bu işi kim görəcək?!
Modern.az-ın məlumatına görə, əgər ən yaşlı deputat səhhətində yaranmış problemə görə iclasa qatıla bilməsə, bu işi digər yaşlı deputat üzərinə götürə bilər. Hazırda Milli Məclisdə Fəttah Heydərovdan sonra ən yaşlı deputat Ziyad Səmədzadədir. Əksi baş versə, iclasın ilk gündəliyini Ziyad Səmədzadə apara bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.