Bakının mərkəzində bayağı reklam - “Sən mənə aşiq, Rəisim...“

Azərbaycanda "sevgilisi polis rəisidir" deyilən müğənninin klipi son günlərin ən çox müzakirə doğuran mövzulardan biridir.
Sosial şəbəkə istifadəçiləri paytaxtın əsas küçələrindən birini bayağı təbliğatın “bəzəməsinə” kəskin etiraz bildiriblər. Onlar bütöv bir cəmiyyəti belə bayağılıqla üz-üzə qoymağın yolverilməz olduğunu deyiblər.
Qeyd edək ki, Müjgan Ayxan “Rəisim” mahnısını ümumilikdə dövlətimizin keşiyində duran bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr etdiyini qeyd edib: “Bu mahnı şəxsən kiməsə həsr olunmayıb. Hər sahəyə aid olan mahmılarımız var və rəislərimizə də aid mahnılar ola bilər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə oxu.az-a açıqlamasında istənilən müsbət təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib.