Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Döyülən qadın vəkildir? - Kollegiyadan açıqlama

Döyülən qadın vəkildir? - Kollegiyadan açıqlama

Döyülən qadın vəkildir? - Kollegiyadan açıqlama
2022-05-19 , 11:08

Azərbaycan Respublikası Vəkillər Kollegiyası bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

 
Vəkillər Kollegiyasından bildirilib ki, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil. Qeyd edilib ki, kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq, şəxslərin vəkil olub-olmamasını dəqiqləşdirə bilərlər.
 
"Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik", - deyə məlumatda bildirilib.
 
E-huquq.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.