Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabiq icra başçısının həbs müddəti uzadılıb

Sabiq icra başçısının həbs müddəti uzadılıb

Sabiq icra başçısının həbs müddəti uzadılıb
2022-05-19 , 18:09

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət edib.

APA-nın əldə etdiyi xəbərə görə, təqdimatda seçilmiş həbs-qətimkan tədbirinin uzadılması istənilib
Səbail Rayon Məhkəməsi təqdimatı təmin edərək, Alimpaşa Məmmədovun həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı qərar verib.
Qanuna görə istintaq orqanı tərəfindən aparılan ibtidai istintaq 13 ay ərzində başa çatmadığı halda Baş prokuror və ya onun birinci müavini istintaqın daha 6 ay uzadılması ilə bağlı məhkəməyə təqdimat verə bilər. 5 ay müddət başa çatdıqdan sonra iş ya məhkəməyə göndərilməli, ya cinayət işinə xitam verilməlidir.
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən il aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.