BAKI NƏQLİYYAT AGENTLİYİ BULKA ALVERİNƏ GİRİŞDİ – RƏZALƏT/FOTO

Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ödəmə terminalları əvvəl yerləşdiyi məntəqədən çölə çıxarılıb və yeri “Simit Sarayı”na kirayə verilib. TİA.Az xəbər verir ki, bu məsələni sosial şəbəkə istifadəçiləri ictimailəşdirib. Məlum olur ki, Bakı Nəqliyyat Agentliyi ərazini restorana verib və pul qazanmağın yeni üsulunu tapıb. BNA bəhanə gətirib ki, aparatlar məntəqədə qızdığı üçün bayıra qoyulub. Lakin foto fakt da təsdiqləyir ki, belə deyil, BNA yeri kirayə verib. Ölkədə heç bir işi rəğbət qazandırmayan bu qurum getdikcə daha da nüfuzdan düşür, indi də biznesə əl qoyur.
TİA.Az
