Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — FAKTLAR

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — FAKTLAR

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — FAKTLAR
2022-05-23 , 16:27

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” ötən il üzrə maliyyə hesabatını açıqlayıb.


Yeniavaz.com Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, AZAL prezidentinin qızının rəhbərlik etdiyi “Gazelli International Limited” borcu son bir ildə 1,05 milyon funt-sterlinq artaraq 14,31 milyon funt-sterlinqə (30,5 milyon manat) yüksəlib.

Qeyd edək ki, “Gazelli International Limited” şirkəti 17 oktyabr 2007-ci ildə “15 Bury Walk, London, SW3 6QD” ünvanında qeydiyyatdan keçib. Şirkətin Londondakı ofisi də qeyd olunan ünvanda fəaliyyət göstərir. 

Məlumat üçün bildirək ki, 2009-2011-ci illərdə şirkətə AZAL prezidentinin kiçik qızı Məlahət Əsgərova da rəhbərlik edib. Məlahət Əsgərova Londonda yerləşən “Gazelli International Limited” şirkətinə rəhbərlik edən zaman 22 yaşı olub. 

Bundan başqa 2008-ci ildə şirkətə italyan əsilli Britaniya vətəndaşı İgnazio Coraci rəhbərlik edib. İgnazio Coraci AZAL prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşıdır. İgnazio Coraci hazırda Londonda qeydiyyatda olan “Cargo Invest Limited”, “ASC Handling Limited”, “Aviation Servicing Company Ltd” və “Silkway (UK) Ltd” şirkətlərinə də rəhbərlik edir.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl AZAL-ın 2020-ci il üçün maliyyə hesabatı da açıqlanıb və məlum olub ki, şirkətin yığılmış zərəri 1 milyard 763 milyon 916 min manata çatıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.