Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Oğlum heç vaxt elə iş görməz" — YAP-ın rayon təşkilatının sədrindən TƏKZİB

"Oğlum heç vaxt elə iş görməz" — YAP-ın rayon təşkilatının sədrindən TƏKZİB

"Oğlum heç vaxt elə iş görməz" — YAP-ın rayon təşkilatının sədrindən TƏKZİB
2020-03-11 , 17:31

Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin barəsində cinayət işi başlanılması barədə məlumat yayılıb.

Unikal.org-a istinadən xəbərinə görə, bunu M.Ağayeva oğlu haqqında yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:U
"Bu məlumatların heç bir əsası yoxdur. Oğlum ali savadlıdır və Koorperasiya Universitetinin məzunudur. Oğlum bələdiyyə üzvlüyünə namizəd idi. Həmin ərəfədə də bu tipli məlumatlar yaydılar. Oğlum 1990-cı il təvəllüdlüdür. Ölkəmizdə gənclərə qayğı var. Fariz fərdi təsərrüfatla məşğuldur. O, öz zəhməti ilə çörəyini yeyən oğlandır. Ona mən və ya kimsə dəstək olsaydı, indi o yüksək vəzifədə olardı. Bizim ailəni rayonda hamı tanıyır. Mənim oğlum heç vaxt elə iş görməz".Unikal.org

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.