Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İtaliyadakı azərbaycanlılar koronavirusa görə təxliyyə oluna bilər — AÇIQLAMA

İtaliyadakı azərbaycanlılar koronavirusa görə təxliyyə oluna bilər — AÇIQLAMA

İtaliyadakı azərbaycanlılar koronavirusa görə təxliyyə oluna bilər — AÇIQLAMA
2020-03-11 , 17:49

Koronavirus bütün dünyada tüğyan edir və gün keçdikcə yoluxma halları qeydə alınan ölkələrin sayı artır.


Məlumat üçün qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 456-ya çatıb. Bunların 66 666 nəfəri sağalıb, 4 302 nəfəri isə ölüb. Avropada xəstəliyin əsas mənbəyi İtaliya hesab olunur. Artıq rəsmən bütün İtaliya ərazisində karantin elan olunub.
Modern.az xəbər verir ki, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov İtaliyanın Venesiya şəhərində 45-ə yaxın azərbaycanlı tələbənin olduğunu vurğulayıb:

“Mart ayının 9-dan etibarən İtaliya bütünlüklə karantin zonası elan olunub. Giriş-çıxış məhdudlaşdırılıb, hətta evdən çölə çıxmaq üçün də əlimizdə icazə kağızı olmalıdır. Vəziyyət o qədər ürəkaçan deyil. İtaliyanın şimal zonasında - Milanda xeyli azərbaycanlı tələbə təhsil alır.

Həmçinin, Ravenna və Rimini şəhərlərində təhsil alan azərbaycanlılar var. Ümumilikdə, diaspor və buradakı səfirliyimiz İtaliyada dəqiq olaraq neçə azərbaycanlının yaşadığını müəyyənləşdirməyə çalışır.

Say müəyyən edildikdən sonra, yəqin ki, təxliyyə məsələsi ilə bağlı həm səfirlik, həm də diaspor lazımi addımı atacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.