Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatlar nə qədər maaş alacaq? — MƏBLƏĞ

Deputatlar nə qədər maaş alacaq? — MƏBLƏĞ

Deputatlar nə qədər maaş alacaq? — MƏBLƏĞ
2020-03-11 , 17:56

VI çağırış Milli Məclisin Sədri Sahibə Qafarovanın, sədrin birinci müavini Əli Hüseynlinin, müavinlər Adil Əliyev və Fəzail İbrahimlinin maaşlarının miqdarı açıqlanıb.


Pravda.az-ın xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova 2475 manat, sədrin I müavini Əli Hüseynli 2227 manat, Milli Məclis sədrinin müavinləri Adil Əliyev və Fəzail İbrahimli 2103, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Tahir Mirkişili, Sadiq Qurbanov, Qənirə Paşayeva, Tahir Rzayev, Hicran Hüseynova, Musa Quliyev, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Əhliman Əmiraslanov, Səməd Seyidov 1980 manat, komitə sədrinin müavinləri Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Tahir Kərimli, Asim Mollazadə, Əli Məsimli, Sabir Hacıyev, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Jalə Əliyeva, Şahin İsmayılov, Sahib Alıyev, Elşən Musayev, Musa Qasımlı, Fazil Mustafa, Sevinc Fətəliyeva 1 856, sıravi deputat isə 1732 manat maaş alacaq.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.