Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Murad Arifin həyətinə girən ayı balası barədə nazirlikdən açıqlama - Video

Murad Arifin həyətinə girən ayı balası barədə nazirlikdən açıqlama - Video

Murad Arifin həyətinə girən ayı balası barədə nazirlikdən açıqlama - Video
2022-06-04 , 16:25

Xəbər verdiyimiz kimi, Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.

 
Yenilik.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məsələ barədə bildirib ki, Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası  Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.
 
O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür:
 
“Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.
 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı  görüntülər yayılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.