Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident və xanımı olmasaydı nələr olardı?..

Prezident və xanımı olmasaydı nələr olardı?..

Prezident və xanımı olmasaydı nələr olardı?..
2022-06-08 , 07:43

Dünən Bakıda qanunsuz parkinq təşkil edilməsi barədə xəbər yayıldı və yalnız Prezident İlham Əliyevin göstərişindən sonra müvafiq qurumlar hərəkətə keçib qanunsuz parkinqi beşikdəcə ləğv etdilər. Buradan suallar meydana çıxır: 

Həmin qurumlar Prezident göstəriş verənə qədər harda idilər? 

Harda yatmışdılar? 

Niyə tədbir görmürdülər? 

Nəyə görə hər bir xırda məmur öz işini dürüstlüklə, vicdanla yerinə yetirmir ki, Prezident bu cür məsələlərə də müdaxilə etməyə məcbur olur? 

Axı parkinqi təşkil edən nə general deyildi, nə yüksək vəzifəli məmur deyildi?! Bəzi iddialara görə, hansısa yaradıcılıq ittifaqıdır, bəzi iddialara görə həmin ittifaqın mətbuat katibi. Mətbuat katibi həm də Xoşqədəm Baxşəliyevanın  aparıcılıq etdiyi verilişdə ekspert imiş, verilişə müraciət edənlərə yol göstərənlərdən imiş. İndi təsəvvür edin ki, Bakının göbəyində arxasında hansısa general, məmur olmadan belə bir parkinq təşkil edilir və heç bir məmur Prezident işə qarışana qədər buna “dur” demir, müdaxilə eləmir. Dəfələrlə buna oxşar hadisələr baş verib və ağaclar kəsilib, Prezidentə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya informasiya veriləndən sonra qarşısı alınıb və günahkarlar cəzalandırılıb. Belə olanda ortaya çox aktual bir sual çıxır: Bəs görəsən Prezident, Birinci Vitse-Prezident və onlara informasiya verən dürüst insanlar olmasaydı onda nələr olacaqdı?  

Əgər Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva olmasaydı, inanın ki, məmurlar, generallar yox a, sıradan adamlar qapımızın ağzını hörüb, yolumuzu kəsəcəkdilər. “Birinə bir qələm ver, qapıda oturt, sonra üzünü gör” tipli bir məsəl var, bəzən başqa cür işlənir, inanın ki, o düzdür. Əslində məmurların, generalların adı hallanır, amma onların yaxınları sıradan şəxslərin etdikləri qanunsuzluqları etmirlər. Yollarımızda 100-150 minlik maşın sürənlər bəlkə ayda 1 dəfə bir qanunsuzluq edər, amma biz hər gün yollarda 10-15 minlik maşın sürənlərin qudurğanlıq etdiyinin şahidi oluruq. Həm də bilirsiniz də, belə qudurğanlıqları görəndə nə deyirik? Deyirik ki, “yenə polis sağ olsun, polis olmasa adamı tapdalayarlar”. Çox uzatmaq istəmirəm, eynilə Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva da olmasaydı, yüksək çinlilər, yüksək rütbəlilər yox, o balacalar, yeni ortaya çıxanlar və ya çıxmaq istəyənlər var a, bizi günün günorta çağı tapdalayar, hamı da sadəcə çəkib paylaşacaqdı. Yenə də Allah Prezidentə və xanımına kömək olsun ki, bir qanunsuzluq baş verəndə bilirik ki, qarşısını alacaqlar. Özünüz təsəvvür edin ki, Allah göstərməsin, onlar da olmasaydı nələr ola bilərdi... 

Yenilik.Az
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.