Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tibb Universitetində tələbələrə GEYİM QADAĞASI QOYULUB

Tibb Universitetində tələbələrə GEYİM QADAĞASI QOYULUB

Tibb Universitetində tələbələrə GEYİM QADAĞASI QOYULUB
2022-06-08 , 17:43

Azərbaycan Tibb Universitetinin kitabxanasının girişində asıldığı bildirilən elan müzakirələrə səbəb olub.


MillətinSəsi.info xəbər verir ki, “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin məlumatına görə, elanda tələbələrdən kitabxanaya qısa şalvarda (şortikdə) və maykada gəlməmələri tələb olunur.
Həmin elanı təqdim edirik:


ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a bildirib ki, yayılan elanda qeyri-adi hal yoxdur:
“Cəmiyyətin qaydalarına bir dəvətdir, qərardır. Hətta ictimai yerlərdə geyim qaydalarına uyğun olan normativlər var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydalarımız var. Bu qaydalara uyğun olaraq, müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə tələbələrin dərsə davamiyyəti kimi baxırıq.
Sizə bir misal da çəkim. Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir. Yəni kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Biz bir tələbə istədiyi kimi geyinsin deyə digər tələbələrin mövqeyini görməzdən gələ bilmərik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.