Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "AMEA-da antisanitariya hökm sürür, bağlanmalıdır..." — Tanınmış alimlərdən AMEA rəhbərliyinə ETİRAZ

"AMEA-da antisanitariya hökm sürür, bağlanmalıdır..." — Tanınmış alimlərdən AMEA rəhbərliyinə ETİRAZ

"AMEA-da antisanitariya hökm sürür, bağlanmalıdır..." — Tanınmış alimlərdən AMEA rəhbərliyinə ETİRAZ
2020-03-12 , 13:44

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alim əməkdaşları çalışdıqları binanın otaqlarının hələ də dezinfeksiya edilməməsinə görə narazılıq edirlər.


Demokrat.az xəbər verir ki, alimlər koronovirusla bağlı AMEA-nın binasının hələ də dezinfeksiya edilməməsi barədə narazılıqlarını artıq sosial şəbəkə müstəvisinə çıxarıblar.

Dezinfeksiya işləri aparacaq müvafiq qurumla müqavilə bağlanılsa da, ancaq AMEA-nın binasında hələ də virusa qarşı önləyici tədbirlərin görülmədiyini qeyd edilir.

AMEA əməkdaşları buna görə öz narahatlıqlarını sosial şəbəkə vasitəsilə bildirirlər.

Misal üçün, tarixçi alim Bayram Quliyev yazır:

"...mütləq AMEA dizifneksiya olunmalıdır və bir müddətliyinə bağlanmalıdır. Elm kontingenti zənnimcə əhəmiyyətli təbəqədir. Çünki biz alimlər turniketdən keçəndə istər istəməz əlimiz ona toxunur, üstəgəl ayaqyolu və əlüz yuyulan yer ümumidir, eyni yeməkxanadan istifadə edirik. Fərz edək içimizdən iki nəfər virusa yaxalansa o turniketə toxunacaq, elə biz də. Hələ ümumi yeməkxananı və ora keçmək üçün üçün turniketi demirəm. Allahın belə yadından çıxmış və daim əziyyətlərə qatlanan elm adamlarını da bir yada salan olsa kaş ki. Etiraf edirəm mən virusa görə çölə çıxmağa qorxuram".
Professor İdris Abbasov isə AMEA-nın yeməkxanasının antigigiyenik vəziyyətdə olduğunu bildirib:
"Doğru. AMEA-nın antigigiyenik bir yeməkxanası var. Kassada oturan qadın çirkli pullara bulaşan nəmli əlləri ilə çörək doğarayır. İnfeksiya mənbəyidir o bufet. Tualetləri katastrofadır. Orada tanımadığımız viruslarla təmasda oluruq. Həddən artıq antisanitariya hökm sürür...".
AMEA-nın digər əməkdaşları da bu etirazlara qoşularaq, sözügedən binada təcili dezinfeksiya işləri aparılmasına çağırış ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.