Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qalib Salahzadə: “Ağasif Şakiroğlu acından ölənin biridir, əsas oyunçular qorxularından ortaya çıxmırlar”

Qalib Salahzadə: “Ağasif Şakiroğlu acından ölənin biridir, əsas oyunçular qorxularından ortaya çıxmırlar”

Qalib Salahzadə: “Ağasif Şakiroğlu acından ölənin biridir, əsas oyunçular qorxularından ortaya çıxmırlar”
2022-06-08 , 19:50

“Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu uşaqdır, əsas oyunçular isə qorxularından ortaya çıxmırlar. Bu uşaq kimdir ki, Rəsul Quliyev ona 25 milyon dəyərində bağ bağışlasın?! Bəyəm, həmin bağ Rəsul Quliyevindir ki?! Mən onunla alver edib, pul almışam?! Hansısa torpağı alanda, notariusda alqı-satqı edilir, amma ortada sənəd yoxdur. Bunlar vəzifədə olan adamların əli ilə saxta sənəd düzəldiblər.”

 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Qalib Salahzadə deyib.
 
“Bu, artıq beşinci adamdır ki, göndərirlər. Bundan əvvəl Rəsul Quliyevin qardaşı oğlu, ondan daha əvvəl də Nazim adlı bir şəxs var idi. Yəni, Ağasif artıq beşinci adamdır ki, Rəsul Quliyev ona deyir ki, get, vuruş. Gizlətmirlər, deyirlər ki, filan hakimə bu qədər, o birinə filan qədər pul verdik. Bunların hamısı oyun, ortadakı adamlar da oyuncaqdırlar. Rəsul Quliyev üçün oynayan əsas adamlar isə ortaya çıxmırlar. Ümumiyyətlə, Ağasif Şakiroğlu kimdir ki?! Acından ölənin biridir.”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.