Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şeyxin kürəkəni səfir təyin olunub

Şeyxin kürəkəni səfir təyin olunub

Şeyxin kürəkəni səfir təyin olunub
2020-03-12 , 14:12

Prezident İlham Əliyevin sərəncamı ilə Çex Respublikasına səfir təyin edilən Adış Sakit oğlu Məmmədov bundan əvvəl də diplomatik fəaliyyətlə məşğul olub. Yenisabah.az bildirir ki, o, 2013-2018-ci illərdə İsveç və Norveç krallıqlarında, eyni zamanda Finlandiya Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.


17 dekabr 1968-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olan Adış Məmmədov Qafqaz Müsəlmaanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir. O, şeyxin böyüük qızı Əmanət Paşazadənin həyat yoldaşıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.