Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Trampın qadağaları daha təhlükəli vəziyyət yaradır" - Ekspert böhranın dərinləşəcəyini deyir

"Trampın qadağaları daha təhlükəli vəziyyət yaradır" - Ekspert böhranın dərinləşəcəyini deyir

"Trampın qadağaları daha təhlükəli vəziyyət yaradır" - Ekspert böhranın dərinləşəcəyini deyir
2020-03-12 , 14:17

Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan etməsi və ABŞ-ın maliyyə bazarında istiqrazların kəskin enməsindən sonra ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam Amerika xalqına müraciətində ölkədəki narahatlığı azaltmaq üçün yeni iqtisadi tədbirləri və Avropadan səfərlərin təxirə salındığını elan etdi.


Tramp qlobal maliyyə bazarlarında təlatüm yaradan və amerikalıların gündəlik həyatını pozan pandemiyanın iqtisadi təsirlərinin azaldılması üçün atılan addımları açıqladı və Avropadan ABŞ-a cümə günündən etibarən səfərlərin 30 gün müddətinə dayandırılacağını bildirdi. Günlərdir virus təhlükəsini azaltmağa çalışan Tramp Avropa İttifaqını koronavirsa qarşı mübarizədə kifayət qədər tez ölçülər götürməməkdə günahlandırdı.

Tramp bildirib ki, bu məhdudiyyətlər İngiltərəyə şamil olunmayacaq və “müvafiq yoxlamadan keçən amerikalılar” istisna ediləcək. Bu məhdudiyyətlər karqolara da şamil edilməyəcək. Tramp bildirib ki, Birləşmiş Ştatlar səfərlərin daha əvvəl bərpa oluna bilməsini müəyyən etmək üçün vəziyyəti monitorinq edəcək.

Birləşmiş Ştatlarda koronavirus səbəbilə 33 ölüm halı haqda məlumat verilib. Bunlardan 29 nəfər ölkənin qərbindəki Vaşinqton ştatındadır. ABŞ-ın 50 ştatından 38-də 1100-dən çox yoluxma halı təsdiq edilib.

İqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, ABŞ-ın sərhəd qapılarının Avropaya giriş və çıxış üçün bağlanması ilə bağlı Trampın açıqlaması neft bazarında qiymətləri 34 dollardan da aşağı çəkdi: "Son dərəcə qeyri-müəyyən və mürəkkəb, proqnoza gəlməyən bir dövrdür. Səudiyyənin ardınca BƏƏ, İran və Küveyt də qiymət müharibəsinə qoşuldular - ticarət tərəfdaşlarına neftin qiymətində endirimlər təklif edirlər.

Virusun yaratdığı qlobal iqtisadi böhran riski yüksək olmasa idi, neft bazarındakı bu müharibənin qısa müddətdə sabitləşəcəyilə bağlı nikbin danışmaq olardı. Amma dünya iqtisadiyyatı qapandıqca, əmtəə, turist və kapital axınları məhdudlaşdıqca, qlobal iqtisadiyyatın 2008-dən sonra daha təhükəli ressesiyaya girməsi daha real görünür".

Ekspertin sözlərinə görə, indiki situasiyanı daha təhlükəli edən odur ki, 2008-dən sonra qlobal borcun miqyası 100 trln. dollar artıb. Əlavə olaraq, aparıcı mərkəzi bankların pul emissiyası və uçot dərəcəsi kimi çox mühüm silahları son dərəcə təsirsiz hala gəlib.

AzPolitika.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.