Nərmini yandırıb videoya çəkiblər

"Prosesə sədrlik edən hakim məzuniyyətə çıxdığına görə, araşdırma təxirə salınıb. İyulun 13-də məhkəmə baş tutacaq".
Ş.Quliyevin fikirlərinə əsasən, Nərminin nənəsi Minayə İsmayılova vaxtı səhv deyib: "Təxminən 22:00 radələrində qızım Şəbnəmlə onlara getmişik. Ağbirçək qadındı, zamanı dəqiq deyə bilməyib. Qarşı tərəf yalan iddialar irəli sürür. Şübhəli şəxs olan İlkininin ( Süleymanov ) guya, haqlı olduğunu deyirlər. O videoçəkilişlə etiraf edib. Nərmini yandırıb çəkdiyi görüntülər də var. Hamısını görəcəksiniz. İstintaq davam edir, məhkəmə yekunlaşandan sonra görüntülər kanallarda göstəriləcək".
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb. Xinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR