Qərbi Kaspi Universiteti daha bir beynəlxalq reytinqdə

Qərbi Kaspi Universiteti Avropa birliyi tərəfindən təsis edilən ən böyük beynəlxalq reytinq sistemlərindən biri olan “U-Multirank” beynəlxalq reytinq sisteminə daxil edilib və ən yaxşı 202 universitet arasında göstərilib.
Təhsilin keyfiyyətini səciyyələndirən əsas göstəricilər (təhsil, beynəlmilliləşmə, elmi-tədqiqat, elm mübadiləsi, regional əməkdaşlıq və s.) üzrə dünyanın 2068 Ali təhsil müəssisəsi iştirak etdiyi reytinqdə Qərbi Kaspi Universiteti 8 göstərici üzrə "A" (çox yaxşı), 4 göstərici üzrə "B" (yaxşı) nəticəsi əldə edib.
Universitetimiz bu istiqamətlər üzrə “A” (çox yaxşı) göstəricisinə layiq görülüb: Rəqəmsal təhsildə investisiya, gender bərabərliyi, dərəcəli müəllimlər, öz şirkətləri məzunlar, xarici dil bakalavr proqramları, xarici dil magistr proqramları, regionlar üzrə çalışan bakalavr məzunları, regionlar üzrə çalışan magistr məzunları.
Bu göstərici ilə Qərbi Kaspi Universiteti Polşanın Poznan Tibb Elmləri Universiteti, Fransanın Ruen Universiteti, Almaniyanın Houşulle Auqsberq Universiteti, Ruminiyanın İonminç Kənd Təsərrüfatı Universitetivə Portuqaliyanın Maiya Texniki Universiteti ilə eyni sırada qərarlaşıb. Eyni zamanda İtaliyinanın Genoa və Tusia Universiteti, Almaniyanın SRH Hochschule für Gesundheit Gera Universiteti, İspaniyanın Burgos Universiteti, Portuqilayanın Elblag Tətbiqi Elmlər Universiteti, Ukraniyanın İvano-Frankivsk Neft və Qaz Milli Texniki Universiteti, Poşanın WSB Universiteti kimi təhsil ocaqlarını qabaqlayıb.
Təşkilatın reytinqlə bağlı şərhində Qərbi Kaspi Universiteti haqqında deyilir: "Öz fənlərinin əhatə dairəsinə və təklif olunan dərəcə proqramlarına görə. Qərbi Kaspi Universiteti geniş bir qurumdur. Xarici dillərdə proqramlar təklif edir. Beynəlxalq tələbələrin yüksək faizi ilə xarakterizə olunur. Beş U-Multirank ölçüləri üzrə universitetlərin performans profilinin snapshot illüstrasiyasında özünün günəş şüaları cədvəlindən aydın göründüyü kimi Qərbi Kaspi Universiteti Tədris və Öyrənmə sahəsində ən güclüdür. Onun ümumi profili 8 “A” (çox yaxşı) xalla müxtəlif göstəricilər üzrə ən yüksək performansı göstərir".
Xatırladaq ki, bundan öncə Qərbi Kaspi Universiteti dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) təşkilatının “2021 və 2022-ci illər üzrə reytinqində dünyanın ən yaxşı 601+ universiteti arasında qərarlaşıb. Eyni zamanda digər nüfuzlu reytinq təşkilatı - “QS (Quacquarelli Symonds) Stars”ın reytinqində təhsil keyfiyyəti üzrə mümkün 5 ulduz üzrə 5, onlayn tədris üzrə 4, məzunların iş tapması üzrə 4 və inklüzivlik üzrə 4 ulduzla qiymətləndirilib. Nəhayət, “UI GreenMetric World University Rankings”də təhsilin keyfiyyətinə görə Avropa üzrə 198-ci yerə layiq görülüb.
Yenilik.az
OXŞAR XƏBƏRLƏR