Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » SabahIN HAVA PROQNOZU

SabahIN HAVA PROQNOZU

SabahIN HAVA PROQNOZU
2022-06-28 , 16:20

Ölkə üzrə sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenilik.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti olacaq.
Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.