Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mehdiyevdən məşhur idmançıya şərt: “Ya istefa ərizəsi...”

Mehdiyevdən məşhur idmançıya şərt: “Ya istefa ərizəsi...”

Mehdiyevdən məşhur idmançıya şərt: “Ya istefa ərizəsi...”
2022-06-28 , 20:16

Dövlət Gömrük Xidmətinin rəisi Səfər Mehdiyev bu qurumda çalışan məşhur karateçi Rəfael Ağayevin qarşısında şərt qoyub.

Gununsesi.info-nun xəbərinə görə, Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilən Rəfael Ağayev uzun müddətdir ki, işə getmədən bu vəzifəni icra edirmiş.
Onun işə gəlməməsinə Səfər Mehdiyev idmançının gündəlik məşqlərinə görə göz yumub.
Son zamanlar hökumət daxilindən təzyiqlərə tuş gələn Səfər Mehdiyev, Rəfael Ağayev başda olmaqla işə çıxmayan hər kəsin qarşısında “Ya iş, ya da istefa ərizəsi” şərtini qoyub.
Bu barədə saytımızı bilgiləndirən mənbənin iddiasına görə, hazırda Gömrük Komitəsində adı işdə keçən, amma işə gəlməyən 100-ə yaxın əməkdaş var.
Onların əksəriyyəti yüksək vəzifəli şəxslərin övladları və yaxınlarıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.