Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Ağ maşının üzərinə düşmüşdü, uşaqlar qışqırdı, əri gəldi və..." - Hadisə anının daha bir şahidi

"Ağ maşının üzərinə düşmüşdü, uşaqlar qışqırdı, əri gəldi və..." - Hadisə anının daha bir şahidi

2022-06-29 , 12:27

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

 
Yenilik.az-ın məlumatına görə, APA TV mərhumun yaşadığı əraziyə yollanaraq, onun qonşusundan müsahibə alıb. Bildirilib ki, 10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb.
 
Həkimin yaşadığı binada təmizlik işçisi kimi çalışan Məhəbbət Cəbrayılova onun sakit ailəsi olduğunu bildirib:
 
“Həyat yoldaşı işə gedib-gəlir, heç bir psixoloji problemi yoxdur. Özü də Azərbaycan Dövlət Gömrük Komitəsində çalışır. İki övladları var - bir qız, bir oğlan. Həyəti təmizləyirdim, eşitdim ki, nəsə yerə düşdü və uşaqlar qışqırışdı. Gördüm başqa binadan adamlar baxır, dedi, adam yıxılıb. Eşitdim ki, Xalidə xanımdır. Ağ maşının üzərinə düşmüşdü. Baxdım ki, qanın içindədir. Beli, ayaqları qırılmışdı. Artıq ölmüşdü. Həyat yoldaşı və uşaqlar gəldi. Hamısı evdə idilər. Yoldaşı çox pis idi, cəsədə baxdı, qayıtdı. Polislər və təcili tibbi yardım gəldi, götürüb apardılar. Xalidə xanımın qardaşı, valideynləri də gəlib-gedirdi. Gözəl insanlar idi, bir dəfə pislik görməmişəm”.
 
Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Qeyd edək ki, mərhumun həyat yoldaşının psixoloji problemləri olduğu xəbəri yayılmışdı. Bildirilirdi ki, o, 10 ilə yaxındır evdə qapalı şəraitdə qalırmış.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.