Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin qohumudur

DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin qohumudur

DTX-nın saxladığı vəzifəli şəxs Sahil Babayevin qohumudur
2022-07-01 , 20:18

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.


Yenilik.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur.
Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.
R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.