Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezidentin yüksək vəzifə və rütbə verdiyi İlqar Abbasov kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə və rütbə verdiyi İlqar Abbasov kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə və rütbə verdiyi İlqar Abbasov kimdir? - DOSYE
2022-07-15 , 15:42

Xəbər verildiyi kimi, İlqar Rza oğlu Abbasovu Azərbaycan Prezidenti İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis təyin edib. Dövlət başçısının digər sərəncamı ilə İlqar Abbasova general-mayor ali hərbi rütbəsi verilib.


Naxçıvan şəhərində anadan olmuş 49 yaşlı İlqar Abbasov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb.  O, daha əvvəl Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. 

Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İlqar Abbasov baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 

2009-cu ildən etibarən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışan İlqar Abbasova 2014-cü ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi (ədliyyə general-mayoru) verilib.


26 aprel 2017-ci ildə sabiq Baş prokuror Zakir Qaralov müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Bakı şəhər prokuroru təyin olunub. 

26 aprel 2022-ci ildə Baş prokuror Kamran Əliyev müvafiq əmri ilə Bakı çəhər prokuroru vəzifəsindən azad edilib. 

İlqar Abbasovun atası Rza Abbasov da bir sıra dövlət vəzifələrində çalışıb, hazırda təqaüddədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.