Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabah 43 dərəcə isti olacaq - PROQNOZ

Sabah 43 dərəcə isti olacaq - PROQNOZ

Sabah 43 dərəcə isti olacaq - PROQNOZ
2022-07-18 , 16:05

İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi arabir əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 23-27° isti, gündüz 31-36° isti, Bakıda gecə 25-27° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41°, bəzi yerlərdə 43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.